İdman

gimnastikadan

başlayır

FRANSIZ “BÜRÜNCÜNÜN” BİR ADDIMLIĞINDA

11 oktyabr 2015

FRANSIZ “BÜRÜNCÜNÜN” BİR ADDIMLIĞINDA

Fransanın şimal-qərb hissəsində yerləşən kiçik Muyron-le-Kaptif şəhərində batut və tamblinq üzrə Dünya Kuboku başa çatdı. 25 ölkəni təmsil edən idmançılar “Vendéspace” idman-konsert kompleksində iki gün davam edən yarışlarda iştirak etdi.

Kubokda, Azərbaycan həm kişi, həm də qadınlar arasında batut gimnastikası üzrə yarışlarda fərdi və sinxron çıxışlarda təmsil olundu.

Ən yaxşı nəticəni Svetlana Makştarova və Sabina Zaytsevadan ibarət sinxron cütlük göstərdi. Təsnifat mərhələsinin nəticələrinə əsasən, cütlük finala vəsiqə qazanaraq, 4-cü yerdə qərarlaşdı.

Xatırladaq ki, noyabr ayındakı Dünya Çempionatı öncəsi (Odense, Danimarka, 26-29 noyabr), batutçularımızı 30-31 oktyabr tarixlərində Portuqaliyanın Lole şəhərində keçiriləcək ilin sonuncu Dünya Kuboku mərhələsi gözləyir.