06 sentyabr 2010
Azərbaycan gimnastları İsrailin Holon şəhərində keçirilən Qran-prinin mərhələsi və beynəlxalq turnirdə medalların bir addımlığında dayanıblar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, milli komandanın lideri Aliyə Qarayeva Qran-pri çərçivəsində üç finalda çıxış edib. O, iplə nümayiş etdirdiyi finalda yüksək 28.425 bal toplayaraq, 4-cü yeri tutub. Halqa, lentlə və çoxnövçülükdə çıxış etdiyi yarışda Qarayeva altıncı olub.
Yarışda dördüncü yeri çoxnövçülükdə Samirə Mustafayeva və tərkibi Ceyla Quliyeva, Anastasiya Prasolova, Ayelita Xələfova, Nigar Əbdüsəlimova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət olan ölkənin qrup komandası da tutub.
Yalnız Anna Qurbanova iştirakçıların ilk onluğuna düşə bilməyib, görünür, Dünya kubokunun sonuncu mərhələsi ərəfəsində aldığı zədə öz təsirini göstərib.
İsraildə Rusiya gimnastları birinciliyi qazanıblar: belə ki, Olimpiya çempionu Yevgeniya Kanayeva növlərin birində maksimum – 29.7 bal toplayıb!
"Bu, Moskvada iki həftə sonra keçiriləcək dünya çempionatından qədər sonuncu test-yarış olub. Bundan sonra Qarayeva, Qurbanova və Mustafayeva Moskvada, qrup komandası isə Bakıda son məşqlərə qatılacaqlar", - milli yığmanın mütəxəssisləri bildiriblər.