İdman

gimnastikadan

başlayır

AKROBATİKA GİMNASTİKASI ÜZRƏ AVROPA ÇEMPİONATINDA MEDALLARIN BİR ADDIMLIĞINDA

05 oktyabr 2015

AKROBATİKA GİMNASTİKASI ÜZRƏ AVROPA ÇEMPİONATINDA MEDALLARIN BİR ADDIMLIĞINDA

Almaniyanın Riza şəhərində akrobatika gimnastikası üzrə 27-ci Avropa Çempionatı baş tutdu.

Yarışlarda Azərbaycan böyüklərin proqramı ilə çıxış edən qadın qrupu ilə təmsil olundu. Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət üçlük çoxnövçülükdə bürünc medalın bir addımlığında dayanaraq, 4-cü yerdə qərarlaşdı. Lalə Hüseynovanın zədəli ayaqla çıxış etməsinə baxmayaraq, qızlar 5-ci yeri tutduqları 1-ci Avropa Oyunlarından sonrakı üç aydan bir az artıq müddətdə proqramın bu növündə daha yaxşı nəticəyə müvəffəq oldular.

Təsnifat mərhələsinin nəticələrinə əsasən qadın qrupu hər iki finala vəsiqə qazandı. Balans hərəkətlərində qrup onlara olduqca yaxın olan “bürüncü” qazanmaq fürsətini yenə də qaçırdı. 27,640 xal toplayan üçlük, 3-cü yerin sahibi olan Ruisya qrupundan (27.700) cəmi 0,06 xal geridə qaldı.

Temp hərəkətləri finalında qadın qrupumuz 5-ci yerdə qərarlaşdı.