İdman

gimnastikadan

başlayır

BAKIDA BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASI AKADEMİYASININ MƏŞQÇİLİK KURSLARI KEÇİRİLİR

15 yanvar 2014

BAKIDA BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASI AKADEMİYASININ MƏŞQÇİLİK KURSLARI KEÇİRİLİR

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası Bakıda bədii gimnastika üzrə məşqçilər üçün 2-ci səviyyəli kurslar keçirir. Seminar yanvarın 11-dən başlayıb və ayın 18-dək davam edəcək. Həm nəzəriyyə, həm də praktiki üzrə keçirilən kurslarında 16 məşqçi iştirak edir. Onlardan ikisi Bolqarıstanı, biri Avstriyanı, qalanları isə Azərbaycanı təmsil edir.

İlk kurslar ötən ilin yanvarında Bakıda keçirilmişdi. Ötən il olduğu kimi, bu il də kursların nəticələri üzrə imtahanlar təşkil ediləcək. Onların nəticələri üzrə ikinci mərhələni keçən iştirakçıların adları məlum olacaq. Balların 65 faizini toplayan iştirakçılar kurslarının üçüncü mərhələsində iştirak edə biləcəklər.

Ekspertlərin sırasına FİG tərəfdən kursların rəhbəri, Almaniya təmsilçisi Katya Klyaynvelt daxildir. Böyük Britaniyadan ekspert qismində Nadya Aleksandrova, Rusiyadan Natalya Qorbulina, Norveçdən isə Lasse Nettum çıxış edir.

Klyaynveltin sözlərinə görə, Bakıda kurslarının keçirilməsi üçün yaradılan şərait gözləniləndən daha yaxşıdır. Kursların məqsədi tədris metodikasının səviyyəsini dünya standartları səviyyəsinə çatdırmaqdır. Onun sözlərinə görə, Azərbaycanda artıq Akademiyanın kurslarının müxtəlif səviyyələrini uğurla keçən məşqçilər var. Alman ekspertin fikrincə, Azərbaycanda bədii gimnastika idman növü artıq kifayət qədər inkişaf edib. Bir həftə ərzində Bakıda keçiriləcək bu kurslar məşqçilik təcrübəsi az olan və yaxud gimnast idman karyerasını başa vuraraq məşqçilik etmək istəyən şəxslər üçün nəzərdə tutulub.