20 sentyabr 2013
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, bu barədə Avropa Olimpiya Komitəsi (EOC) və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) birgə qərar verib.
Akrobatika üzrə yarışlarda qarışıq cütlüklər və qadınlardan ibarət qruplar təmsil olunacaq. Aerobika üzrə yarışlarda da qarışıq duet və tərkibində 5 gimnastdan ibarət qruplar çıxış edəcək. 2015-ci il Avropa Oyunlarında iştirak etmək üçün aerobika üzrə seçmə mərhələ bu ilin noyabr ayında Fransada keçiriləcək Avropa çempionatında başlayacaq.
Bununla da gimnastika Bakıda keçiriləcək Avropa Oyunlarında 6 növlə təmsil olunacaq: bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut üzərində tullanma, akrobatika və aerobika. Yarışlar 12-28 iyun 2015-ci il tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.
Xatırladaq ki, Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek Bakıda olarkən bildirib: “Biz öz olimpiya növlərimizi ilə yanaşı idman aerobikası və akrobatika gimnastikasını təqdim etmək, yekun Qala-konserti nümayiş etdirmək imkanını verməyi xahiş etmişdik. Və mən səbirsizliklə bütün müxtəlifliyi ilə bizim idmanımızın təqdim olunmasını gözləyirəm”.