İdman

gimnastikadan

başlayır

AKROBATLARIN BU İLKİ İLK MİLLİ YARIŞI

22 may 2016

AKROBATLARIN BU İLKİ İLK MİLLİ YARIŞI

20-21 may tarixlərində Heydər Əliyev adına İdman-konsert kompleksində Akrobatika Gimnastikası üzrə Azərbaycan və Bakı Birinciliyi keçirildi.

İki günlük yarışlarda Bakı idman klublarının təmsilçiləri “balacalar” (2002-2010),“uşaqlar” (2000-2007), “yeniyetmələr” (1998-2006),“gənclər”(1997-2005) və “böyüklər”(2002-ci il təvəllüdlü və daha böyüklər) yaş qruplarında çoxnövçülük üzrə çıxışlarını nümayiş etdirdilər.

Yarışın nəticələrinə əsasən, kişi cütlükləri - Murad Əkpərov və Seymur Cəfərov (böyüklər), Seymur Babayev və Bəxtiyar İbrahimov (yeniyetmələr), qadın cütlüyü- Ləman Zeynalzadə və Ayla Zakiryaeva (uşaqlar), qarışıq cütlüklər Nurcan Cabbarlı və Ağasif Rəhimov (gənclər), Fərhad Səttarov və Nəzrin Qasımova (balacalar) fəxri kürsünün ilk pilləsinə yüksəldlilər.

Qrupların çıxışlarına gəldikdə isə, kişi qrupu - ElvinNuhov, Hüseyn Hüseynov və Rüfət Əzizov (balacalar) və qadın qrupları – Aygün Əhmədova, Nəzrin Fərmanova və Leyla Bəşirova (yeniyetmələr), Səmra Əskərzadə, Ceyla Zakiryaeva və Mina Beydiyeva (uşaqlar), Elvira Hüseynova, Fatimə Nəzərova və Arzu Məlikzadə (balacalar) qalib oldular.

Turnirdən sonra yeni başlayan gimnastlar nümunəvi çıxışları ilə iki günlük yarış həyəcanına son qoydular.

Yarışların nəticələri haqqında daha ətraflı məlumatı Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytından əldə etmək olar (www.agf.az).