İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə Dünya Çempionatı Bakıda keçiriləcək

03 may 2019

Aerobika gimnastikası üzrə Dünya Çempionatı Bakıda keçiriləcək

Bakı 2020-ci ildə aerobika gimnastikası üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. Bu qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin Sankt-Peterburqda keçirilmiş növbəti iclasında qəbul olunub. İcraiyyə Komitəsinin görüşündə, sözügedən qurumun üzvü, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov da iştirak edib.

Qeyd edək ki, bu idman növünün ölkədə populyarlaşmasında mühüm rol oynayacaq çempionat cari ilin 14-16 may tarixlərində keçiriləcək. Çempionatdan öncə isə 8-10 may tarixlərində Dünya Yaş qrupu Yarışları da paytaxtımızda baş tutacaq.

Son illər ərzində ölkəmiz gimnastika növləri üzrə irimiqyaslı yarışlar keçirərək, Dünya Kubokları və Avropa Çempionatlarını uğurla təşkil edib. Sevindirici haldır ki, Azərbaycanda gənc gimnastika növü sayılan aerobika üzrə belə əhəmiyyətli yarışın təşkili də məhz Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub.

Xatırladaq ki, beynəlxalq yarışlarla zəngin təqvim planında 2019-cu ilin 16-22 sentyabr tarixlərində Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatı da yer alır. Paytaxtımızda baş tutacaq daha bir dünya birinciliyi isə 2021-ci ilin 11-14 noyabr tarixlərində batut gimnastikası üzrə olacaq.