İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışları keçirilib 

16 iyun 2022

Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışları keçirilib 


İyunun 10-dan 12-dək Portuqaliyanın Qimarayeş şəhərində aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışları keçirilib. Yarışda ölkəmizi fərdi növdə Məryəm Topçubaşova (12-14 yaşlılar arasında) və Dilarə Qurbanova (15-17 yaşlılar arasında) təmsil ediblər. 
Təmsilçilərimiz Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımova, üçlük, Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımova isə qrup yarışlarında qüvvələrini sınayıblar. 
Yarışda ən yaxşı nəticəni qrupumuz göstərib. Belə ki, komandamızın üzvləri 13-cü pillədə qərarlaşıblar. Fərdi növdə çıxış edən Məryəm Topçubaşova (12-14 yaşlılar arasında) isə 14-cü olub. 
Məlumat üçün bildirək ki, bu gün eyni şəhərdə böyüklər arasında start götürəcək dünya çempionatında yığma komandamızın 8 üzvü mübarizəyə qoşulacaq.