İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir

15 noyabr 2025

Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir

14 noyabr tarixində Gəncə İdman Sarayında start götürən aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir. 18 ölkədən 151 gimnastın iştirak etdiyi yarışın ikinci günündə təsnifat mərhələsi baş tutub. İdmançılar qarışıq cütlük, üçlük, qrup və aerodans kateqoriyaları üzrə təsnifat mərhələsində çıxışlarını tamamlayıblar. Aerobika gimnastikası üzrə milli komandamızın favorit cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsindəki çıxışına əsasən final mərhələsinə vəsiqə qazanıb.

Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma baş tutub. 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə İspaniya komandası qərarlaşıb.

Qalibləri təbrik edir, sabahkı final mərhələsində bütün gimnastlara uğurlar arzulayırıq!