İdman

gimnastikadan

başlayır

Aerobika gimnastları bu dəfə Bakı Olimpiya İdman Kompleksində toplaşdılar

26 may 2022

Aerobika gimnastları bu dəfə Bakı Olimpiya İdman Kompleksində toplaşdılar

Bu dəfə ölkənin ən güclü aerobika gimnastları Bakı Olimpiya İdman Kompleksində toplaşdılar. Mayın 25-də keçirilən Azərbaycan çempionatı və Bakı birinciliyində “Ocaq Sport” klubu, “Zirvə”İK, “Grasiya” İK və Sumqayıt OİK-dən 80 gimnast qüvvəsini sınadı.
Bakı birinciliyində gimnastlar balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə apardılar.
Tamaşaçılar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında tamaşaçılara öz maraqlı proqramlarını təqdim etdilər.
Zala toplaşan azarkeşlər gimnastların çıxışlarına böyük maraq və həyəcanla şahidlik etdilər. Kompleksdə yaşanan bu ab-hava idmançıların çıxışına da öz müsbət təsirini göstərdi.  
Qeyd edək ki, ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası son illərdə respublikamızda sevilən və populyar idman növlərindən birinə çevrilib.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycan aerobika gimnastikası üzrə Avropa çempionatına, 2021-ci ildə isə dünya çempionatı və dünya yaş qrupları yarışlarıa ev sahibliyi edib.
Qarşıda isə yeniyetmə və böyükyaşlı idmançılarımızı daha bir ciddi sınaq, iyun ayında Portuqaliyada keçiriləcək dünya çempionatı və dünya yaş qrupları yarışları gözləyir.
Yarışların nəticələr barədə ətraflı məlumatları www.agf.az saytından əldə edə bilərsiniz.