İdman

gimnastikadan

başlayır

YENƏ LENTLƏ, YENƏ BÜRÜNC

24 may 2010

YENƏ LENTLƏ, YENƏ BÜRÜNC

Azərbaycan gimnastı Aliyə Qarayeva bir həftə öncə İspaniyanın Qran-pri müsabiqəsində olduğu kimi, Belarus paytaxtında keçirilən Dünya Kuboku yarışlarında da bürünc medala layiq görülüb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın son günündə həm fərdi, həm də qrup halında ayrıca finallar təşkil olunub.

Azərbaycan idmançıları arasında ən yaxşı nəticəni Aliyə Qarayeva nümayiş etdirib. Lentlə göstərdiyi finalda idmançımız yalnız rusiyalı gimnastlar Yevgeniya Kanayeva (29,15) və Darya Kondakovadan (28,65) geri qalaraq, hakimlərdən aldığı 27,85 balla üçüncü yerə layiq görülüb. Topla və halqa ilə nümayiş etdirdiyi finallarda isə Aliyə, müvafiq olaraq, 4-cü və 5-ci yerləri qazanıb.

"Məşqçimin qeyd etdiyi kimi, artıq ikinci həftədir, lentlə uğurlu oyun nümayiş etdirirəm, bu, sabitliyin göstəricisidir", - Qarayeva belə hesab edir. İyunun 4-5-də keçiriləcək Azərbaycan çempionatı üçün mən hazır formadayam və ikinci dəfə ölkə çempionu titulunu müdafiə etməyə qətiyyətlə inanıram. Doğrudur, mən çempionata qədər Yaroslavla yarımgünlük səfər edəcəyəm; belə ki, orada mənim də çıxış etmək üçün dəvət aldığım şou nümayiş olunacaq".

Müxtəlif növ şoularda, xüsusilə də, Moskvada keçirilmiş "Alina-2010" beynəlxalq bədii gimnastika festivalında iştirak Azərbaycan komandasında qətiyyət və əzm yaradıb. Azərbaycan gimnastları Moskvada olduğu kimi, Minskdə də keçirilmiş Dünya Kubokunda uğurlu oyun nümayiş etdiriblər. İp və lentlə, eləcə də halqalarla göstərdikləri finallarda qızlar, müvafiq olaraq, 4-cü və 5-ci yerləri qazanıblar. Burada qələbəni Belarus gimnastları qeyd ediblər.

Digər Azərbaycan gimnastları kimi, Anna Qurbanova da ip və topla nümayiş etdirdiyi finalda yüksək nəticə əldə edib – 6-cı yer. Lentlə 7-ci, halqa ilə 8-ci yeri qazanıb. Samirə Mustafayeva və Dina Qorina Minskdə müsabiqən kənar proqramında çıxış ediblər.