01 iyun 2017
Bu gün, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının yeni strukturu açıqlanıb. Federasiyanın vitse-prezidenti Altay Həsənov Azərbaycanın Birinci vitse-prezidentinin katibliyinin rəisi təyin olunub.
Hörmətli Altay müəllim!
Azərbaycan Gimnastika Federasiyasının kollektivi, Sizi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin katibliyinin rəisi təyin olunmağınız münasibətilə ürəkdən təbrik edir.
Sizin yüksək idarəçilik bacarığınızdan daima bəhrələnən kollektiv, Sizə yeni məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayır.