İdman

gimnastikadan

başlayır

AGF ilk dəfə “Gimnastika hamı üçün” növü üzrə vebinar keçirəcək

06 noyabr 2020

AGF ilk dəfə “Gimnastika hamı üçün” növü üzrə vebinar keçirəcək

Azərbaycanda fəaliyyət göstərən bütün gimnastika klubları və bölmələrinin diqqətinə!

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ilin 9-11 dekabr tarixlərində ödənişsiz əsaslarla “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil edəcək.

Vebinarda iştirakçılara “Gimnastika hamı üçün”  haqda ümumi məlumat veriləcək və ölkə ərazisində onun inkişaf imkanları müzakirə olunacaq.

Vebinar “Gimnastika hamı üçün” üzrə yığma komandanın Baş məşqçisi Mariana Vasileva və məşqçisi Ruslan Eyvazov tərəfindən keçiriləcəkdir.

Burada “Gimnastika hamı üçün” üzrə məşqçilik etmək arzusunda olan şəxslər iştirak edə bilər. İştirakçıların minimum yaş həddi 15-dir.

Vebinarın proqramı, sifariş forması ilə bağlı ətraflı məlumatı +99412 493 3011 əlaqə nömrəsi vasitəsilə federasiyadan əldə edə bilərsiniz.

Vebinarın keçiriləcəyi proqram: ZOOM

Vebinarın keçiriləcəyi tarix: 9-11 dekabr 2020-ci il

Sifarişlərin son qəbul tarixi: 1 dekabr 2020-ci il