İdman

gimnastikadan

başlayır

Milli Gimastika Arenasında “1-ci AGF Junior Trophy” beynəlxalq turniri start götürüb

07 mart 2020

Milli Gimastika Arenasında “1-ci AGF Junior Trophy” beynəlxalq turniri start götürüb

Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” beynəlxalq turnirinin ilk günü start götürüb.

Bu gün turnirin təsnifat yarışları keçiriləcək və finalçıların adı müəyyənləşəcək. Bundan başqa, komanda hesabında və fərdi çoxnövçülükdə qaliblər məlum olacaq.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

“AGF Junior Trophy” 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Yarışda həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.