İdman

gimnastikadan

başlayır

AGF milli yarışları bərpa edir 

05 yanvar 2022

AGF milli yarışları bərpa edir 


Məlum olduğu kimi, bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə bir sıra idman növlərində olduğu kimi gimnastikada da 2020-2021-ci illər ərzində keçirilməsi nəzərdə tutulan yerli yarışlar təxirə salınmışdı.
Azərbaycan Gimnastika Federasiyası (AGF) ötən il paytaxtımızda uğurlu təşkil edilmiş irimiqyaslı beynəlxalq yarışlardan sonra yenicə qədəm qoyduğumuz 2022-ci ildə gimnastika növləri üzrə milli yarışları keçirməyə hazırlaşır. 
Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək.

Yarışların siyahısını təqdim edirik:  
•    29 yanvar 2022-ci il - Batut gimnastikası üzrə 6-cı, Tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı
•    24-25 fevral - Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı
•    18 mart - Bədii gimnastika üzrə 27-ci Azərbaycan Çempionatı
•    25-26 mart - Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı