İdman

gimnastikadan

başlayır

AGF ağacəkmə aksiyası təşkil edir

06 sentyabr 2019

AGF ağacəkmə aksiyası təşkil edir

Azərbaycan Gimnastika Federasiyası 16-22 sentyabrda baş tutacaq bədii gimnastika üzrə 37-ci Dünya Çempionatı zamanı ağacəkmə aksiyası təşkil edəcək.

Ağacəkmə aksiyası yarışlar başlamazdan 1 gün öncə - 15 sentyabr tarixində 13:00-da Milli Gimnastika Arenasının parkında keçiriləcək.

Tədbir 2019-cu ilin Dünya Çempionatının bədii gimnastika üzrə səfiri, 1996-cı ildə keçirilmiş Olimpiya Oyunlarının gümüş medalçısı Yana Batırşina və yarışların dünyaca tanınmış ulduz gimnastlarının iştirakı ilə baş tutacaq.

Ağacəkmə aksiyasında iştirak edən gimnastlar təmsil etdikləri ölkə adından ağac əkməklə, çempionat zamanı bütün dünyaya sülh və ətraf mühitin mühafizəsi mesajını verərək ictimaiyyətin diqqətini cəlb edəcəklər.

Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların, xüsusilə, gənc nəslin ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməkdən ibarətdir.