27 dekabr 2022
Dekabrın 26-da Gənclər və İdman Nazirliyinin 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirilib.
Buta palasda təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib.
Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırma mərasimi olub. 2022-ci ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə görə Azərbaycan Gimnastika Federasiyasının təmsilçiləri aşağıdakı nominasiyalar üzrə təltif ediliblər:
2022-ci ilin ən yaxşı qadın idmançısı
III yer - Zöhrə Ağamirova (bədii gimnastika)
2022-ci ilin ən yaxşı qadın komandası
I yer - Qrup hərəkətləri komandası (bədii gimnastika)
2022-ci ilin ən yaxşı məşqçisi
III yer - Siyana Vasileva (bədii gimnastika)
2022-ci ilin idman tibb personalı
I yer - Aydın Ağaliyev (gimnastika)
II yer - Raif Refetov (gimnastika)
2022-ci ilin idman federasiyası
II yer - Azərbaycan Gimnastika Federasiyası
2022-ci ilin idman klubu
II yer - “Ocaq Sport” klubu
2022-ci ilin idman qurğusu
II yer - Mili Gimnastika Arenası
2022-ci ilin idman fotoqrafı
II yer - Valeriy Xlızov (AGF-nin fotoqrafı)
2022-ci ilin idman filmi
III yer - “Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır” (AGF)
Reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılar arasında:
I yer - Qrup hərəkətləri komandası (bədii gimnastika)
II yer - Zöhrə Ağamirova (bədii gimnastika)
III yer - İvan Tixonov (idman gimnastikası)
IX yer - Nikita Simonov (idman gimnastikası)