İdman

gimnastikadan

başlayır

AGF təmsilçiləri fəxri ada layiq görülüblər

09 yanvar 2023

AGF təmsilçiləri fəxri ada layiq görülüblər

Yanvarın 9-da gənclər və idman naziri Fərid Qayıbov nazirliyin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına, “Respublika Dərəcəli Hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqlər təqdim edib. 
Sevindirici haldır ki, Azərbaycan Gimanstika Federasiyasının təmsilçiləri xoreoqraf Kamil Quliyev, bədii gimnastika üzrə məşqçi Vəfa Bəkərova, fotoqraf Valeri Xlızov “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, akrobatika üzrə məşqçi Dürdanə Əhmədova isə “Əməkdar məşqçi” fəxri adı ilə təltif olunublar. 
Təbrik edirik!