İdman

gimnastikadan

başlayır

Akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları yarışlarının birinci günü yekunlaşıb

03 mart 2022

Akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları yarışlarının birinci günü yekunlaşıb

Bakıda keçirilən Akrobatika gimnastikası üzrə 12-ci Dünya yaş qrupları yarışları davam edir. Yarışların birinci günündə 12-18 yaş qrupu üzrə kişi və qadınlar arasında təsnifat mərhələsi keçirilib. 
Yarışda kişi və qadın cütlüklər balans hərəkətləri, qarışıq cütlüklər temp hərəkətləri, kişi qrupları balans və temp hərəkətləri, qadın qrupları temp hərəkərləri üzrə çıxışlarını nümayiş etdiriblər. 
Qarışıq cütlüklərin temp hərəkətləri üzrə proqramında Azərbaycan təmsilçiləri Milana Əliyeva və Nizam Xamidulin təsnifat mərhələsində 27.00 xalla dördüncü pillədə qərarlaşıblar.
Rəsul Seyidli və Rəvan Zeynallıdan ibarət Azərbaycanın kişi cütlüyü, Nəzrin Qasımova və Xanım Məmmədzadədən ibarət qadın cütlüyümüz, eləcə də Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupumuz da təsnifat yarışlarında qüvvələrini sınayıblar. 
Qeyd edək ki, martın 6-dək davam edəcək yarışlarda 24 ölkədən 438 idmançı iştirak edir.
Martın 5-də keçiriləcək yarışlarda 13-19 yaş kateqoriyasında təmsilçilərimizdən Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz mübarizəyə qoşulacaq.
Yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.