İdman

gimnastikadan

başlayır

Akrobatlarımızın Avropadan sevindirici xəbəri

26 sentyabr 2021

Akrobatlarımızın Avropadan sevindirici xəbəri

Gənc akrobatlarımız bu gün hər kəsi İtaliyada qazandıqları gümüş medalla sevindirdilər.

Belə ki, akrobatika gimnastikası üzrə yığma komandanın üzvləri ölkəmizi 23-26 sentyabr tarixlərində Pesaro şəhərində təşkil edilmiş Avropa Yaş Qrupları Yarışlarında uğurla təmsil ediblər.

12-19 yaşlılar arasında mübarizə aparmış Milana Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlüyümüz bu gün keçirilmiş final mərhələsinə adlamağı bacarıblar. Həlledici mərhələdə isə qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri kompozisiyalarına görə perspektivli gimnastlarımız 27.200 xal toplayaraq, fəxri kürsüdə yerlərini alıblar.

Yarışda 12-19 yaşlı idmançılar arasında Samirə Rüstəmova və Rauf Cabbarovdan ibarət daha bir qarışıq cütlüyümüz də iştirak edib. Təəssüf ki, onlar final mərhələsinə adlaya bilməyiblər.

Gənc və istedadlı gimnastlarımıza bundan sonra iştirak edəcəkləri yarışlarda da uğurlar arzulayırıq!