İdman

gimnastikadan

başlayır

ALİYƏ QARAYEVANIN QIZIL MEDALLARI

07 iyun 2010

ALİYƏ QARAYEVANIN QIZIL MEDALLARI

Azərbaycan gimnastı Aliyə Qarayeva Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq turnirdə mütləq qalibi olub. O, hər bir növdə və çoxnövçülükdə birinci yeri qazanıb.

Hal-hazırda Qarayeva bir ay yarımlıq təlim-məşq toplanışları üçün Xorvatiyaya getməyə hazırlaşır və orada komanda yoldaşları ilə birgə sentyabr ayında Moskvada keçiriləcək dünya çempionatına hazırlaşacaq.

Bu arada, digər Rusiya şəhəri - Kislovodskda bədii gimnastika üzrə acıq Ümimrusiya turniri başa çatıb. Bu yarışda iştirak edən gənc Azərbaycan gimnastları arasında ən yaxşı nəticəni Jalə Piriyeva göstərib. 2000-ci il təvəllüdlü olan Jalə iplə üçüncü yerə layiq görülmüşdü. Həmçinin, 11 yaşlı Emiliya Bağıyeva yarışda dördüncü yeri tutaraq, "Qalibiyyət əzmi uğrunda" adlı xüsusi mükafat qazanıb.