24 sentyabr 2010
Bu gün Moskvada bədii gimnastika üzrə 30-cu çempioantının beşinci günündə çoxnövçülük üzrə çıxışlar keçirilib. Liderlər qrupunda Azərbaycanın bürünc mükafatçısı Aliyə Qarayeva çıxış edib. Lakin o, bu dünya birinciliyində özünün 5-ci bürünc medalını qazanmağa müvəffəq olmayıb.
Halqa ilə oyunda azacıq çaşan (27.3 bal) Aliyə, növbəti topla oyunda uğurla çıxış edərək, hakimlərdən 27.75 bal alıb. Bu, azərbaycanlı gimnasta çoxnövçülükdə üçüncü yerə çıxmağa imkan verib və özünün əsas rəqibi - belarus Melitina Stanyutanı geridə qoya bilib. Bütün çempionat ərzində olduğu kimi, rusiyalı duet Darya Kondakova və Yevgeniya Kanayeva dueti böyük fərqlə irəliyə çıxıb. Sonuncunun buaxşamkı çıxışı çox güclü idi və öz rəqiblərini böyük fərqlə qabaqlaya bilib. Onun çıxışını, hətta hakimlər də alqışlayıblar.
Aliyə Qarayeva lentlə üçüncü oyununda yenidən yüksək ustalıq göstərdi və bunun üçün hakimlərdən 27.8 bal qazandı. Üçüncü yer uğrunda mübarizədə Stanyutanın üstünlüyü nəzərəçarpacaq idi.
Sonuncu yekun mərhələdə xalça üzərinə belarus gimnast çıxdı və topla oyun nümayiş etdirdi. Aliyə Qarayeva özünün iplə oyununa başlayarkən, artıq rəqibinin əldə etdiyi ümumu nəticəni bilirdi - 110.35 bal. Çoxnövçülükdə bürünc medal uğrunda mübarizə üçün ona iplə yaxşı oyun nümayiş etdirmək lazım idi. Çərşənbə axşamı finalda bu onda alınmadı, o, çoxnövçülükdə də gerilədi - iplə oyunda əldə etdiyi 27.45 bal ümumi qələbə üçün kifayət etmirdi. Aliyə Qarayevanın qazandığı ümumi bal 110.3 təşkil edir. O, ümumi hesabda cəmi 0.05 balla Melitina Stanyutaya uduzdu.
Çoxnövçülük üzrə birinci yeri Yevgeniya Kanayeva, ikinci yeri onun rəfiqəsi Darya Kondakova, üçüncü yeri isə Melitina Stanyuta tutdu.
Çoxnövçülük üzrə çempionatın ikinci azərbaycanlı iştirakçısı Anna Qurbanova sentyabrın 24-də öz ad gününü qeyd etdi. Bu ərəfədə o, komanda birinciliyində bürünc medal qazanmaqla özünə yaxşı hədiyyə etdi. O, bütün dörd tapşırığı yaxşı yerinə yetirdi, sonda öz qrupunda 103.575 ballıq nəticə ilə ikinci yeri tutdu və bu zaman fransız Delfi Ledudan azacıq geri qaldı. Onun çoxnövçülükdə əldə etdiyi ümumi nəticəsi 14-cü yer olub.