İdman

gimnastikadan

başlayır

ALİYƏ QARAYEVA İTALİYA ÇEMPİONATINDA ƏN YAXŞI NƏTİCƏ GÖSTƏRİB

22 noyabr 2010

ALİYƏ QARAYEVA İTALİYA ÇEMPİONATINDA ƏN YAXŞI NƏTİCƏ GÖSTƏRİB

İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə İtaliya klub çempionatının üçüncü turu keçirilib. Çempionatda Azərbaycanın iki ən güclü gimnastı Aliyə Qarayeva və Anna Qurbanova iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Qarayeva А2 seriyasında yarışan "Ritmika Pyemonte" komandasında çıxış edir. Pesaroda Aliyə iplə çıxış edib və 26.275 bal toplayıb ki, bu da seriyada çıxış edən gimnastlar arasında ən yaxşı nəticə olub.

Beləliklə, onun komandası yenidən üçüncü yeri tutub və final turu ərəfəsində (4 dekabr, Turin) Qurbanovanın yarışdığı A1 seriyasına vəsiqə almaq üçün yaxşı şansa malikdir.

Bir il əvvəl olduğu kimi, Anna "Komense 1872" klubunun şərəfini müfafiə edir. Hesabat turunda o, dərhal iki növlə çıxış edib. Gimnast ip və topla aşağıdakı balları toplayıb: müvafiq olaraq 25.5 və 25.6. Onun klubu 143.5 bal toplayaraq altıncı yeri tutub.

Turindəki final turuna qədər Qarayeva və Qurbanova Xorvatiyaya yola düşəcəklər. Orada noyabrın 26-28-də ənənəvi beynəlxalq turnir keçiriləcək.