İdman

gimnastikadan

başlayır

ALİYƏ QARAYEVA BERLİNDƏ QRAN-PRİNİN FİNAL MƏRHƏLƏSİNİN BÜRÜNC MÜKAFATÇISI OLUB

01 noyabr 2010

ALİYƏ QARAYEVA BERLİNDƏ QRAN-PRİNİN FİNAL MƏRHƏLƏSİNİN BÜRÜNC MÜKAFATÇISI OLUB

Azərbaycan gimnastı Aliyə Qarayeva Berlində keçirilən Qran-prinin final mərhələsinin bürünc mükafatçısı olub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, 2010-cu il mundialının bürünc mükafatçısı topla hərəkətlərdə 3-cü yeri tutub. O, hakimlərdən 27.9 bal alaraq, yalnız iki Rusiya idmançısı Yevgeniya Kanayeva və Darya Dmitriyevaya uduzub.

Qarayeva ip (27.5), lent (27.4) və halqa (27.5) ilə hərəkətlərdə 4-cü olub. O, çoxnövçülükdə 110.066 ballıq ümumi nəticə ilə 5-ci yeri tutub.

Onun komanda yoldaşı Anna Qurbanova iki finalda iştirak edib. O, lent və halqa ilə hərəkətlərdə müvafiq olaraq 26.25 və 26.275 bal toplayaraq 6-cı yeri tutub. Qurbanova şəxsi birincilikdə 106.458 bal toplayaraq 9-cu olub.

Proqramın bütün növlərində dünya çempionu Yevgeniya Kanayeva qələbə qazanıb.

Gimnastlarımız Almaniyadan İtaliyanın Aretso şəhərciyinə yola düşəcəklər. Orada noyabrın 6-da bu Cənubi Avropa ölkəsinin klub çempionatının ikinci turu keçiriləcək. Qurbanova A1 seriyasında "Komense", Qarayeva isə A2 seriyasında "Ritmika" klubunun şərəfini qoruyacaq.