İdman

gimnastikadan

başlayır

Almatı şəhərindən medallar

23 mart 2024

Almatı şəhərindən medallar

20-22 mart tarixlərində Qazaxıstanın Almatı şəhərində tamblinq üzrə beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi gimnastlarımız Sənan Rzazadə, Nazim Nağı və Uğur Cəfərli təmsil edib. Təmsilçilərimiz arasında Aleksey Karataşov və Sənan Rzazadə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Komanda hesabında da gimnastlarımız bütün rəqiblərini üstələyiblər.
Belə ki, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komandamız birinci pillədə qərarlaşıb.
Digər fərdi gimnastlarımız Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev isə bürünc medal qazanıb.
Beynəlxalq dərəcəli hakim Rahib Əliyev də yarışda ölkəmizi təmsil edib.