İdman

gimnastikadan

başlayır

Amerikalı talismanlar Avropa Çempionatının "Qur-Qur"u rolunda

16 mart 2018

Amerikalı talismanlar Avropa Çempionatının "Qur-Qur"u rolunda

Azərbaycan Gimnastika Federasiyası (AGF) Batut Gimnastikası, Tamblinq və İkili Mini-Batut üzrə Avropa Çempionatında xüsusi bir yeniliyi elan etməkdən məmnunluq duyur. Siz bütün Avropa Çempionatı boyunca əyləncəli çıxışlar nümayiş etdirəcək qaməti 180 sm olan yumşaq, yaşıl rəngli “Qur-Qur” adlı qurbağamızı gözdən qoymaq istəməyəcəksiniz. Qur-Quru canlandırmaq üçün AGF uzun illər talisman kimi fəaliyyət göstərən Amerikalı peşəkarlar - Skot Hesinqton və Bərri Andersona müraciət etdi.

Skot Hesinqton 24 ildir ki, bir çox idman növlərində talisman kimi fəaliyyət göstərir. Lakin, o daha çox Amerika Birləşmiş Ştatları Milli Basketbol Assosiasiyasına (MBA) daxil olan klublar - “Orlando Magic” klubunun talismanı “STUFF” və “Detroit Pistons” klubunun talismanı “HOOPER” kimi tanınır. Bu sahədə çoxsaylı mükafatlar və diplomlarla zəngin karyerasından sonra o, Nyu-York şəhərində bir telekanalda kaskadyor kimi karyerasını davam etdirmək, həmçinin dünya səviyyəli idman tədbirlərinin təşkili və bütün dünyada idman-əyləncə sahəsində konsaltinq ilə məşğul olan biznes – “Jigsaw Entertainment”i yaratmaq üçün bir müddət öncə Milli Basketbol Assosiasiyasını tərk edib.

Daha çox “Benny the Bull” başqa sözlə, “Öküz Benni” (“Chicago Bulls” klubu, MBA) kimi tanınan Berri Anderson isə Bakıya 17 illik təcrübəsi olan talisman kimi gəlir. Universitet və peşəkar səviyyələrdə işi ona talismanlar arasında keçirilən milli çempionatların dəfələrlə qalibi adını, eləcə də “Forbes”, “USA Today”, “ESPN” və “GameOps.com” tərəfindən bu sahədə lider kimi dəyərləndirilərək mükafatlar qazandırmışdır. Berri dünyanı gəzmək və cənub-şərqi Asiyada uşaqlara yardım məqsədilə könüllü kimi çalışmaq üçün “Chicago Bulls” klubundan 2016-cı ildə ayrılıb.

MBA-nı tərk etdikdən sonra cütlük 3-D talismanlar yaratmaq, xarakterin işlənib hazırlanması, kostyum istehsalı, marketinq, performans və bütün dünyada idman komandaları və digər sahələrdə təlimlərin keçirilməsi də daxil olmaqla, talismana lazım olan hər bir ehtiyac üzrə mütəxəssislər hazırlamaq üçün bir araya gəlmişlər. Bu cütlük talisman işinə öz sevgilərini və bu sahədə biliklərini dünyanın müxtəlif yerləri, xüsusilə də, talisman anlayışının yeni olduğu ölkələrdə paylaşmaqdan zövq alır. Onlar komediya, atletika, rəqs, tamaşaçılarla ünsiyyət və daha çox şeylər istifadə edərək Qur-Qur kimi çıxış edəcəkləri Bakıya dəvət olunduqları üçün həyəcan və fəxr hissi keçirirlər.