İdman

gimnastikadan

başlayır

Yenidən “Fərqlənənlər” sırasında

03 mart 2017

Yenidən “Fərqlənənlər” sırasında

Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Fərqlənən” federasiyaların reytinq siyahısına daxil olmuşdur. Milli federasiyamızın fəaliyyətinin yüksək qiymətləndirilməsi beynəlxalq arenadakı nüfuzumuzu bir daha təsdiq etdi.

Beynəlxalq Federasiyanın İcraiyyə Komitəsi il ərzindəki fəaliyyətinə - Dünya Çempionatları və Kuboklarının təşkili, FIG rəhbər Orqanlarının iclaslarının keçirilməsi, FIG Akademiyasının məşqçilik kursları və beynəlxalq hakimlik kurslarının təşkili, o cümlədən sözügedən tədbirlərdə iştirakına görə seçilən federasiyaları xallar əsasında müəyyənləşdirir. Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyası stabil olaraq, aktiv və peşəkar fəaliyyətinin nəticəsində ilin yekunlarına görə artıq 3-cü (2014, 2015 və 2016) dəfədir ki, 10 ən güclü federasiyaların sırasında yer alır.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının tərkibinə 148 federasiya daxildir.