20 may 2013
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Bağıyeva, Səbinə Qaratova, Siyana Vasileva və Aliyə Paşayevadan ibarət kollektiv 5 cüt gürzlə tapşırıqların finalında Rusiyadan olan Olimpiya çempionlarını qabaqlayaraq ikinci pilləni tutub.
Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, çoxnövçülük üzrə final yarışlarına bizim komandamız İtaliyadan olan üçqat dünya çempionlarından cəmi 0.1 az xal toplayaraq 4-cü pilləni tutub. "İkinövçülükdə qızlar top və lentlərlə tapşırıqlarda yaxşı çıxış etdilər, lakin final kombinasiyası lap əvvəldən alınmadı və nəticə olaraq 6-cı pilləni tutdular. İstənilən halda mən onların çıxışlarından və Marina Durundanın Dünya kuboku üzrə bütün dörd finalda əldə etdiyi nəticələrdən razıyam", deyə o bildirib.
Durunda ən yaxşı nəticəni halqa ilə 4-cü olduğu yarışların finalda göstərib. 16 yaşlı idmançı lentlə 5-ci, gürzlərlə və çoxnövçülükdə 6-cı, nəhayət topla olan yarışlarda 7-ci olub.
İkinci Azərbaycan gimnastı Lalə Yusifova yalnız topla olan yarışların finalına çıxıb və 8-ci pilləni tutub.
Minskdə qələbəni rusiyalı Yana Kudryavtseva və Darya Svatkovskaya, həmçinin xalça sahibi Melitina Stanyuta bayram edib.
10 gündən sonra, yəni 31 may - 2 iyun tarixlərində Avstriyada bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Yarışda 32 ölkəni təmsil edəcək 24 yeniyetmə qrup komandası və fərdi gimnastlar yığışacaq. 7 dəst medal uğrunda gedən yarışlarda Azərbaycanı Lalə Yusifova, Marina Durunda və Nülufər Niftalıyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və ehtiyat Aynur Mustafayevadan yeniyetmələrdən ibarət komanda təmsil edəcək.