İdman

gimnastikadan

başlayır

AZƏRBAYCANIN BƏDİİ GİMNASTİKA ÜZRƏ QRUP KOMANDASI DÜNYA ÇEMPİONATINDA ÇIXIŞLARINI BAŞA VURUB

26 sentyabr 2010

AZƏRBAYCANIN BƏDİİ GİMNASTİKA ÜZRƏ QRUP KOMANDASI DÜNYA ÇEMPİONATINDA ÇIXIŞLARINI BAŞA VURUB

Moskvada bədii gimnastika üzrə Dünya çempionatının son günündə qrup hərəkətləri üzrə komandalar arasında finallar keçirilib.

Birinci finalda Azərbaycan idmançıları Nigar Əbdüsəlimova, Ceyla Quliyeva, Ayelita Xələfova, Anastasiya Prasolova və Stefani Trayanova tamaşaçılara yenidən 5 halqa ilə çıxışları göstəriblər. Hakimlər qızlarımıza 25.35 bal veriblər. Bu nəticə onları 8-ci yerinə çıxarıb.

Proqramın bu növündə çempion dünənki çoxnövçülük çıxışlarında italiyalılardan əvəz çıxan Rusiya gimnastları olublar. İtaliya ikinci, üçüncü yerə isə hakimlər Bolqarıstan komandasını layiq görüblər.

3 lent və 2 iplə hərəkətlərinin ikinci finalında yenidən italiyalıları geridə qoyan rusiyalılar birinci olublar. Bu növdə üçüncü yerdə Belarus gimnastları olub.

Azərbaycan beşliyi - Ceyla Quliyeva, Ayelita Xələfova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkova hakimlərdən yalnız 25.375 bal alıblar. Son finalın yekun protokolunda gimnastlarımız 7-ci yeri tutublar.

Qeyd edək ki, Azərbaycan idmançıları ayrı-ayrı növlər üzrə hər iki finala çıxa biliblər. Buna, məsələn, ənənəvi olaraq, güclü sayılan Bolqarıstan komandası nail ola bilməyib. Yerli şərhçilərin fikrincə, gənc komanda üçün bu, perspektiv və irəliləyişi hədəf seçməklə çox layiqli nəticədir.

Moskvada keçirilən bədii gimnastika üzrə 30-cu Dünya çempionatına yekun vuraraq, Azərbaycan bədii gimnastikasının böyük uğurundan ürəklə danışmaq olar. Aliyə Qarayevanın üç şəxsi bürüncü və komanda hesabında bir bürüncün qazanılması Azərbaycan gimnastikasının tarixinə parlaq səhifə yazıb.

Bədii gimnastika bayramının yubiley birinciliyini çempionların, eləcə də ötən illərin görkəmli idmançılarının çıxış etdikləri qala-konsert başa vurub. Onlar arasında Azərbaycanın əməkdar idmançısı, ölkə yığmasının hazırkı məşqçilərindən biri Dinara Gimatova da olub. Bədii gimnastika üzrə növbəti Dünya Çempionatı gələn il Fransada keçiriləcək. Orada iştirakçılar, həmçinin, 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar.