25 sentyabr 2010
Nigar Əbdüsəlimova, Ceyla Quliyeva, Ayelita Xələfova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət qrup komandası Moskvada bədii gimnastika üzrə 30-cu Dünya çempionatının çoxnövçülük üzrə yarışlarında ümumi 7-ci yeri tutub. Əvvəlcə qızlar Alla Puqaçevanın "Bir milyon qızılgül" kompozisiyası altında 5 halqa ilə oyun nümayiş etdiriblər. Hakimlər gimnastların ahəngdar çıxışlarını 25.475 balla qiymətləndiriblər. İkinci çıxış 3 lent və 2 iplə qızğın "Qaytağı" altında keçib. Bütün zal gimnastlarımızla rəqs edib. İki hərəkətə görə yekun qiymət 50.975 bal təşkil edib. Çoxnövçülük üzrə çempion italyanlar olub, ikinci yeri belaruslar tutub. Rusiyalıların üçüncü yerdə yarışları tərk etməsi böyük təəccüblə qarşılanıb.
Bugünkü çıxışların yekunu üzrə Azərbaycanın qrup gimnastları sabah keçiriləcək ayrı-ayrı növlər üzrə finala çıxıblar.