İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTI ALİYƏ QARAYEVA MOSKVADA KEÇİRİLƏN DÜNYA ÇEMPİONATININ BÜRÜNC MÜKAFATÇISI ADINA LAYİQ GÖRÜLMÜŞDÜR

21 sentyabr 2010

AZƏRBAYCAN GİMNASTI ALİYƏ QARAYEVA MOSKVADA KEÇİRİLƏN DÜNYA ÇEMPİONATININ BÜRÜNC MÜKAFATÇISI ADINA LAYİQ GÖRÜLMÜŞDÜR

Bu gün, Moskvanın “Olimpiyski” idman kompleksində ip və halqa ilə final yarışları keçirilmişdir. Azərbaycanı təmsil edən Aliyə Qarayeva həri iki növlə çıxış etmişdir. Halqa ilə hərəkətlərdə, o, 27.650 xal toplayaraq üçüncü yerə layiq görülmüşdür. Azərbaycan gimnastı Ukrayna və Belarusdan olan rəqiblərini geridə qoymağa müvəffəq olmuşdur.

Onun çıxışından sonra Ümumrusiya Gimnastika Federasiyasının rəhbəri İrina Viner ucadan dedi: “Budur, indi mən əsl Aliyə Qarayevanı görürəm”. İdmançı özü isə çıxışından razı olduğunu, ola bilsin, bu, onun birincilikdə hələ ki, ən yaxşı çıxışı olduğunu bildirdi. “Mən səhvlərə yol verdiyimi başa düşürəm. Ola bilsin həmin səhvləri tamaşaçılar hiss etməsin. Bəzən yarışlarda, məşqlərdə çıxış etdiyin kimi çıxış edə bilmirsən. Lakin, ümumiyyətlə, Mokskvadakı Dünya Çempionatında halqa ilə hərəkətlərdə bürünc mükafat əldə etdiyimə görə məmnunam”.

Bundan əvvəl isə, iplə hərəkətlərdə Azərbaycanı təmsil edən yeganə gimnast üçüncü yeri tuta bilərdi. Hakimlər onun çıxışını 27.250 xalla qiymətləndirdi. Nəticədə, Ukrayna təmsilçisi Alina Maksimenko (27.300) onu cəmi 0.05 xalla geridə qoydu. Lakin sonra üçlüyə iplə çox gözəl çıxış nümayiş etdirən və 27.650 xal toplayan Belarus gimnastı Melitina Stanyuta daxil oldu.

Nəticədə fəxri kürsünün ilk iki pilləsinə Rusiya gimnastı Yevgeniya Kanayeva və Darya Kondakova, üçüncü pilləyə isə Melitina Stanyuta yüksəldi.