30 aprel 2012
Azərbaycan gimnastı Aliyə Qarayeva Penzada (Rusiya) keçirilən Dünya Kuboku mərhələsində halqa ilə tapşırıqda qalib adını qazanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, belə qızıl uğur milli komandanın liderinin aktivinə ölkə gimnastika tarixində ilk dəfə olaraq yazılıb. Şənbə günü keçirilən çoxnövçülük yarışında və bazar günü lentlə hərəkətlərdə əldə edilən bürünc medallar proqnozlaşdırılırdısa, halqa ilə tapşırıqda qazanılan qələbə Olimpiya mövsümünün əsas hadisələrindən biri oldu.
"Üstəlik adlı-sanlı idmançılar məğlub edilib, onlar arasında rusiyalı dünya çempionu Darya Dmitriyeva var ki, o da ikinci yerə çıxıb. Ölkə himnini eşitmək çox xoş idi. Himnin sədaları beynəlxalq miqyaslı müxtəlif turnirlər haqqında xoş xatirələri yada salırdı.
Halqa ilə tapşırığın finalında qələbə qazanacağınızı gözləyirdimmi? Mən həmişə xalçaya qalib psixilogiyası və özüm və ölkəmi layiqincə təmsil etmək məqsədilə çıxıram. Düzdür, indiki məqamda səhvlər yox idi, belə demək mümkündürsə. Mənim fəxri kürsünün ən yüksək pilləsinə qalxmağıma mane olmayan cüzi səhvlər oldu", Qarayeva deyib.
Onun sözlərinə görə, qarşıda mayın ortalarında Fransada keçiriləcək Dünya Kubokunun daha bir mərhələsi var, sonra isə bu ilin ilk iri turniri və Olimpiadadan öncə son turnir olan Avropa çempionatı olacaq. Qitə çempionatı iyunun 1-3-də Nijni Novqorodda keçiriləcək.
Avropa çempionatının iştirakçıları arasında Azərbaycanın qrup komandası da olacaq. Qrup komandası bu yarışlara hazırlıq çərçivəsində Lalə Yusifova ilə birlikdə bu həftə Dünya kubokunun digər mərhələsində iştirak etmək üçün Sofiaya yola düşəcək.