İdman

gimnastikadan

başlayır

AZƏRBAYCANLI GİMNAST MİLANDA AVROPA ÇEMPİONATINDA ÇIXIŞ ETMİŞDİR

03 aprel 2009

AZƏRBAYCANLI GİMNAST MİLANDA AVROPA ÇEMPİONATINDA ÇIXIŞ ETMİŞDİR

Bu gün Milanda keçirilən Avropa çempionatında çoxnövçülük təsnifat yarışları keçirilmişdir. Azərbaycanlı gimnast püşkə əsasən Gürcüstan, İsrail və Belarus idmançıları ilə birgə üçüncü yarımqrupa düşmüşdür.

Şakir ən yaxşı nəticəsini təkanla tullanmada göstərmişdir – 15.375 xal. Ümumi nəticə - 76.95 xal və 151 gimnast arasında 43-cü yer.

“Qeyd etmək lazımdır ki, yalnız bu il yuniorlardan böyüklər arasına keçmiş gimnast Şıxəliyev adlı-sanlı rəqibləri qarşısında özünü itirmədi, kifayət qədər yaxşı çıxış etdi və ən əsası, 6 alətin heç birindən yıxılmadı”.

Bu sözlər gimnastika aləmində xüsusi çəkisi olan, öz dövrünün əfsanəvi gimnastı, sonralar 20 ilə yaxın bu növdə beynəlxalq federasiyanın rəhbəri olmuş Yuri Titova məxsusdur.

- Mən ona hələ keçən il Lozannadakı birincilkdə yuniorlar arasında nəzər salmışdım – deyə, Y.Titov davam edir.- Cüssəli oğlandır, yaxşı əzələləri var, görünür ki, ağıllıdır, gözləri parıldayır. Bu isə indi bütün Avropada sürətlə inkişaf edən müasir gimnastikada necə də vacib amildir. Mənim onun məşqçilərinə məsləhətim verilən istiqamətdə çalışmaqdır, idmançıya isə məşq prosesinə və rejiminə əməl etməyi məsləhət görürəm. Özü də, mən bildiyimə görə, o, Almaniyada Valeri Belenki və Anatoli Yarmovski kimi mütəxəssislərin rəhbərliyi altında məşq edir. Onlar yüksək səviyyəli gimnastlar yetişdirirlər. Əgər hər şey bu cür davam etsə, inanın mənim təcrübəmə, ondan güclü və gözəl gimnast alınacaq.

Əgər gimnast Şıxəliyev üçün çempionat sona çatıbsa, beynəlxalq dərəcəli hakim Rza Əliyev üçün yarış sabah da davam edəcək. Həmin gün təsnifat yarışlarının nəticələrinə əsasən 24 ən yaxşı idmançı 2009-cu il Avropa çempionu adı uğrunda mübarizəni davam etdirəcəklər. Əliyev bu gün tir üzərində hərəkətlərə qiymət verən hakimlər kollegiyasına daxil idi, və Texniki komitənin başçısı tərəfindın obyektiv hakimliyə görə xoş sözlərə layiq görülmüşdür. Aprelin 4-də isə o, püşkə əsasən təkanla tullanma üzrə hakimlərin heyətinə daxil olmuşdur.

Milanda Avropa çempionatının medalları uğrunda mübarizə həlledici mərhələyə keçir, iddiaçıların sayı istər çoxnövçülükdə, istərsə də ayrı-ayrı alətlər üzrə ustalar arasında çoxdur.