31 may 2013
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi bədii gimnastika üzrə Avropa çempionatı başlayır.Səhər sessiyasında bütün diqqət yeddinci nömrə altında 5 halqa ilə çıxış edəcək qrup tapşırıqları üzrə yeniyetmələrdən ibarət komandaya yönələcək.Axşam sessiyasında isə xalça üzərinə Marina Durunda və Lalə Yusifova çıxacaq. Onlar öncə topla, daha sonra halqa ilə kompozisiyalar yerinə yetirəcəklər. Gimnastlar fərdi finallara çıxmaq üçün mübarizə aparacaqlar. Bundan əlavə, idmançıların nəticələri ümumi komanda hesabına gedəcək.