İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTI MOSKVA TURNİRİNDƏ BÜRÜNC MEDAL QAZANIB

31 oktyabr 2011

AZƏRBAYCAN GİMNASTI MOSKVA TURNİRİNDƏ BÜRÜNC MEDAL QAZANIB

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, 10 yaşlı bakılı idmançı "Qızıl yarpaqlar" beynəlxalq turnirində çıxış edərək alətsiz tapşırıqda üçüncü yeri tutub.
Digər gənc gimnastımız Gülsüm Şəfizadə komandasındakı daha yaşlı rəfiqələri Aliyə Qarayeva və Anna Qurbanova ilə yanaşı, Tokioda başa çatan dünya klub çempionatında "Neftçi" kollektivinin triosunu təşkil edib.
O, mükafatçılar sırasına düşə bilməyib, lakin komandanın yekunda yüksək 5-ci yeri tutmasında onun da xidməti var. Şəfizadənin özü isə "Tokyo Gymnasium Metropolitain"ə gələn yerli tamaşaçıların alqışları altında turnirin finalında 6-cı yeri tutub.
Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın fikrincə, "nəzərə alsaq ki, 13 yaşlı Gülsüm 1996-97-ci il təvəllüdlü gimnastların kateqoriyasında yarışıb, bu, pis nəticə deyil. Lakin əminəm ki, o, daha yaxşı çıxış edə bilər və biz buna çalışacağıq", - baş məşqçi deyib.
Komandanın lideri Qarayevaya gəlincə, o, çıxışlarını 5-ci yerdə başa vurub. O, üçüncü yeri tutan ukraynalı Alina Maksimenkodan 0.775 bal geri qalıb. Bütün turnirlərin qalibi isə Rusiyanın "Qazprom" komandasının gimnastları olub.
Bu həftəsonu da gimnastika yarışlarının daha sıx olacağı gözlənilir. Belə ki, Aliyə Qarayeva İtaliyanın klub çempionatı A1 seriyasının ikinci turunda iştirak edəcək. Gənc gimnastlar isə müxtəlif yaşlar üzrə Belçika, Bolqarıstan və Latviyada beynəlxalq turnirlərdə iştirak edəcəklər.