İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTI MİXAİL MALKİN BİRMİNGEMDƏKİ DÜNYA BİRİNCİLİYİNDƏ 7-Cİ OLUB

26 noyabr 2011

AZƏRBAYCAN GİMNASTI MİXAİL MALKİN BİRMİNGEMDƏKİ DÜNYA BİRİNCİLİYİNDƏ 7-Cİ OLUB

Birmingemdə yeniyetmələr arasında tamblinq üzrə dünya birinciliyi Azərbaycan gimnastı üçün uğurla başa çatıb.
Bakı Gimnastika Məktəbinin 15 yaşlı yetirməsi Mixail Malkin dünya mükafatına 33 namizəd arasında ən güclü səkkizliyə daxil olub.
Təsnifatda o, 64 xal (32.1 xal salt tapşırığına və 31.9 xal isə vint tapşırığının yerinə yetirilməsinə görə) qazanıb.
Finalda Malkin Portuqaliyadan olan gimnastı qabaqlayaraq 7-ci yeri tutub. Bu dəfə o, hakimlər kollegiyasından 31.7 xal alaraq üç Rusiya və bir Danimarka, Portuqaliya və Böyük Britaniya təmsilçilərindən geri qalıb.
"Malkinin dünya birinciliyi finalına artıq ikinci dəfə çıxması öz-özlüyündə müsbət amildir. Bu, idmançının yaş kateqoriyasının dəyişməsinə baxmayaraq, favoritlər sırasında qalmaqda davam etməsi deməkdir. Ona görə də onun familiyasının axşamkı finalın start vərəqində görünməsi mənim üçün təəccüblü olmadı", - hazırda müqavilə ilə Cənubi Afrika Respublikasında (CAR) çalışan və Birmingemdə qadınların çıxışlarına hakimlik edən beynəlxalq dərəcəli Azərbaycan hakimi Adil Hüseynzadə Malkinin çıxışını belə şərh edib.
Dünya forumunda ilk dəfə çıxış edən ikinci Azərbaycan idmançısı Aydın Əliyev isə 53.9 xalla 30-cu yeri tutub.