İdman

gimnastikadan

başlayır

Anna Pavlova Sloveniyada keçirilmiş idman gimnastikası üzrə Dünya Kubokun qalibi olub

21 aprel 2014

Anna Pavlova Sloveniyada keçirilmiş idman gimnastikası üzrə Dünya Kubokun qalibi olub

Azərbaycan gimnastı Anna Pavlova Sloveniyada həftə sonu keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun qalibi oldu!


Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təsnifatın yekunlarına əsasən Anna Pavlova dörd mümkün finaldan ikisinə - tir üzərində hərəkətlərə və müxtəlif hündürlüklü paralel tirlər üzərində təmrinlərə vəsiqə alıb. Uzunluğu 5 metr, eni isə cəmi 10 santimetr (!) olan üfüqi alət Annanın akrobatik elementlərinə, tullanma və 360 dərəcə dönmə hərəkətlərinə imkan verməmişdir. Nəticədə Anna bu alətdə dördüncü yerlə kifayətlənməli olub. Lakin bizim gimnast qızımız müxtəlif yüksəklikdə yerləşən iki üfüqi tir üzərində “uçuşları” ən yüksək səviyyədə yerinə yetirib. Pavlova paralel tirlər üzərində kombinasiyanı praktiki olaraq səhvsiz icra edərək Belarusdan və İsveçrədən olan əsas rəqiblərini geridə qoyub.


Ölkəmizin ikinci gimnastı Marina Nekrasova da iki finalda (sərbəst hərəkətlər və təkanla tullanma) yarışıb və hər iki halda dördüncü nəticə göstərib.