İdman

gimnastikadan

başlayır

Növbəti QIZIL medal

14 may 2017

Növbəti QIZIL medal

Qadın idman gimnastlarımız hesaba növbəti qızıl medalı yazdırdı.

IV İslam Oyunları çərçivəsində baş tutan qadın idman gimnastikası üzrə yarışlarda gimnastlarımız Marina Nekrasova, Yulia İnşına və Yekaterina Tişkova ümumi xal hesabı ilə (99.300 xal) komandalar arasında qızıl medala sahibləndilər.

Türkiyə yığması gümüş medal (96.050 xal), İndoneziya komandası isə bürünc medalı (68.150 xal) əldə etdi.

Qeyd edək ki, Marina və Yuliya hər 4 alət üzrə, Yekaterina isə 3 alət üzrə final mərhələsinə yüksəliblər. Lakin, qaydalara əsasən hər ölkədən yalnız 2 gimnast finalda iştirak etmək hüququna malik olduğundan finalda Marina sərbəst hərəkətlər və müxtəlif hündürlüklü qollarda, Yekaterina isə gimnastika tirində çıxış etməyəcək.

Xatırladaq ki, Oyunlar çərçivəsində ilk dəfə keçirilən gimnastika yarışlarında Azərbaycan artıq ikinci qızıl medalını qazanıb.  Qarşıda həm bədii və idman gimnastlarımızı ayrı-ayrı alətlər üzrə final mərhələləri gözləyir.