İdman

gimnastikadan

başlayır

Tokiodan daha bir sevincli qızıl medal xəbəri

09 dekabr 2019

Tokiodan daha bir sevincli qızıl medal xəbəri

8 dekabrda yekunlaşan batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları ölkəmiz üçün uğurla – 2 qızıl və 1 gümüş medalla başa çatıb.

Belə ki, yarışların son günü perspektivli batutçumuz Maqsud Mahsudov komandamızın hesabına daha bir medal yazdırmağı bacardı. Daha öncə sinxron proqramda Hüseyn Abbasovla birgə gümüş medal qazanan Maqsud bu dəfə fəxri kürsünün ilk pilləsinə yüksəlib.  

Beləliklə də, Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika yarışlarının keçiriləcəyi Ariake Arenasında Dövlət Himnimiz artıq ikinci dəfə səslənib.

Xatırladaq ki, Azərbaycanı bu yarışlarda batut gimanstikası üzrə Selcan Mahsudova (15-16 yaş), Mahsud Maqsudov (11-12 yaş), Hüseyn Abbasov (11-12 yaş), tamblinq üzrə Aleksey Karataşov (11-12 yaş), Adil Hacızadə (13-14) və Tofiq Əliyev (15-16) təmsil edib.

Tamblinq yarışlarında Aleksey Karataşov da öz yaş qrupunda qalib olaraq, hər kəsi qızıl medalla sevindirmişdi. Selcan medalın 1 addımlığında dayanaraq 4-cü, Tofiq 12-ci, Adil isə 23-cü yerdə qərarlaşıb.