İdman

gimnastikadan

başlayır

Avropa çempionatının bürünc mükafatçılarından uğurlu çıxış

30 iyun 2023

Avropa çempionatının bürünc mükafatçılarından uğurlu çıxış

İyunun 29-u və 30-da Macarıstanın paytaxtı Budapeşt şəhərində bədii gimnastika üzrə “Junior Cup” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva və qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova təmsil ediblər. May ayında ölkəmizdə keçirilən 39-cu Avropa çempionatının ikiqat bürünc mükafatçıları (çoxnövçülük, 5 top) bu yarışda onlara bəslənilən ümidləri doğruldublar. Belə ki, təmsilçilərimiz 5 topla qızıl, 5 iplə hərəkətlərin icrasında və çoxnövçülük proqramında gümüş medala layiq görülüblər. Fərdi gimnastımız Nuray Əhmədzadə isə lentlə hərəkətlərin icrasında komandamızın aktivinə bürünc medal yazdırıb.