İdman

gimnastikadan

başlayır

Avropa çempionatının ilk günündə ilk medal sevinci!

22 may 2024

Avropa çempionatının ilk günündə ilk medal sevinci!

22-26 may tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk gününə millimiz medal qazanaraq yekun vurub. Belə ki, milli komandamızın gənc fərdi gimnastları - Gövhər İbrahimova (halqa/ 30,050), Şəms Ağahüseynova (lent/ 29,000), İlahə Bahadirova (top/ 29,850), Fidan Qurbanlı (gürzlər/ 28,500) komanda hesabında ümumilikdə 117,400 xalla bürünc medal sahibi olaraq fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. Kürsünün ilk pilləsində Rumıniya, 2-ci sırada isə İsrail komandası yer alıb. Bundan başqa gənc gimnastlarımızın dördü də mübarizəni əzmlə davam etdirərək finalda iştirak hüququ qazanıb. Sabah isə böyük fərdi gimnastlarımız öz bacarıqlarını Budapeşt meydançasında nümayiş etdirəcəklər. 
Qeyd edək ki, Macarıstanın Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatı Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Bu baxımdan hazırkı çempionat gimnastika ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Milli komandamızın üzvlərinə bol uğur arzulayırıq!