İdman

gimnastikadan

başlayır

Avropa kubokunda millimiz sevindirməyə davam edir!

04 may 2024

Avropa kubokunda millimiz sevindirməyə davam edir!

Milli Gimnastika Arenasında bu gün idmanda estetika ifadəsinin mənasını bütünlüklə əks etdirən çıxışların şahidi olduq! İncəlik və fiziki gücün vəhdətinin ən yaxşı nümunələrini izləməyə davam edirik. 
Yarış gününün ilk hissəsində çoxnövçülükdə çıxış edən qrup hərəkətləri komandamız bürünc medal qazanaraq yenə bizi fərəhləndirib. Sinxron hərəkətlərin ovsunlayıcı təsiri, heyrətamiz kompozisiyalar və hərəkətlərin ustalıqla icrası onların bu nailiyyəti əldə etmələrinə kömək olub. Onlar həmçinin 5 halqa, 3 lent və 2 top proqramlarında finala vəsiqə qazanıblar. 
Böyük gimnastlarımızın sevindirici xəbərlərindən çox keçməmiş gənc fərdi gimnastlarımızın uğurlu çıxışları da bizi qürurlandırdı. Belə ki, İbrahimova Gövhər halqa, Bahadırova İlahə top, Ağahüseynova Şəms lent proqramında final mərhələsinə yüksəlib. Millimizin üzvləri komanda hesabında 5-ci yerdə qərarlaşıb.  
Bu gün isə tamaşaçı dəstəyinin gücünə şahid olduq. İdmançılarımızın çıxışlarının uğurla nəticələnməsində, sözsüz ki, onlara bütün çıxışları boyunca motivasiya verən tamaşaçıların və zalda əyləşən bütün yaş qruplarından olan tamaşaçıları aktiv olmağa təşviq etməyi bacaran maskotlarımız Tilli və Cillinin xüsusi rolu var. 
Final mərhələsində iştirak hüququ qazanmış gimnastlarımıza öz dəstəyinizi göstərmək istəyirsinizsə, sizi də sabah Milli Gimnastika Arenasında görməkdən məmnun olarıq.