İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN İLK DƏFƏ OLİMPİYA OYUNLARININ KİŞİ İDMAN GİMNASTİKASI ÜZRƏ YARIŞLARININ ÇOXNÖVÇÜLÜK FİNALINDA

08 avqust 2016

AZƏRBAYCAN İLK DƏFƏ OLİMPİYA OYUNLARININ KİŞİ İDMAN GİMNASTİKASI ÜZRƏ YARIŞLARININ ÇOXNÖVÇÜLÜK FİNALINDA

6 avqust tarixində Rio de Janeyroda təşkil olunan Olimpiya Oyunları çərçivəsində kişi idman gimnastikası üzrə təsnifat yarışları keçirilmişdir.

Azəbaycanın kişi idman gimnastikası tarixində ilk dəfə olaraq ölkəni Olimpiadada 2 gimnast – Oleq Stepko və Petro Paxnyuk təmsil etmişlər.

Təsnıfatın nəticələrinə əsasən, təəssüflər olsun ki, Oleq Stepko ötən ilin mötəbər yarışlarında (“qızıl” Avropa Oyunları, “bürünc” Dünya Çempionatı) ona 2 medal gətirən sevimli aləti – paralel qollarda final mərhələsinə yüksəlməyə müvəffəq olmadı.

Oleq, təsnifat mərhələsində icra edilən 6 çıxışın cəmində 86,208 xal toplayaraq, çoxnövçülük finalında iştirak etmək hüququ qazandı. Ölkənin kişi idman gimnastikası tarixində ilk dəfə olaraq, Azərbaycan 10 avqust tarixində Olimpiya Oyunlarının çoxnövçülük finalında mübarizə aparacaq 24 ən güclü idmançı arasında təmsil olunacaq.

Belə mötəbər yarışlarda ilk dəfə çıxış edən digər gimnastımız Petro Paxnyuk, çoxnövçülük təsnifatında 49 gimnast arasında 34-cü mövqedə qərarlaşaraq çıxışlarını yekunlaşdırmışdır.