İdman

gimnastikadan

başlayır

Azərbaycan bədii gimnastika üzrə dünya çempionatında daha bir bürünc medal qazanıb

23 sentyabr 2010

Azərbaycan bədii gimnastika üzrə dünya çempionatında daha bir bürünc medal qazanıb

Aliyə Qarayeva Moskvada keçirilən bədii gimnastika üzrə dünya çempionatında top ilə hərəkətlərdə Azərbaycan üçün daha bir bürünc medal qazanıb. O, irəliyə yalnız iki rus gimnastı çempion Yevgeniya Kanayevanı və ikinci yerin sahibi Darya Dmitriyevanı buraxıb.

Azərbaycan gimnastı Aliyə Qarayeva topla yarışlarda güclü səkkizliyə daxil olub. O, favoritlərdən - iki rus və bir belarus idmançılardan yarışlara başlayıb. O, 27.550 bal toplayaraq Belarus gimnastı Lyubov Çarkaşinanı geridə qoyub.

Hazırda lentlə tapşırıq üzrə final oyunları keçirilir. İki bürünc medal qazanmış Azərbaycan komandasının lideri Aliyə Qarayeva da final oyunlarında iştirak edəcək.