İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN AKROBATLARI RUSİYADA KEÇİRİLƏN YARIŞDA GÜMÜŞ VƏ BÜRÜNC MEDALLAR QAZANIBLAR

11 sentyabr 2013

AZƏRBAYCAN AKROBATLARI RUSİYADA KEÇİRİLƏN YARIŞDA GÜMÜŞ VƏ BÜRÜNC MEDALLAR QAZANIBLAR

Azərbaycanlı akrobatlar Rusiyanın Veliki Novqorod şəhərində keçirilən "Volkov kuboku" beynəlxalq yarışında ikinci və üçüncü yerləri tutublar.

Lalə Hüseynova və Xoşqədəm Quliyevadan ibarət qadın cütlüyü gümüş mükafat qazanıb. İlk iki tapşırığın (balans və templi) yerinə yetirilməsindən sonra azərbaycanlı duet inamlı şəkildə seçmə mərhələnin sıralamasında ilk üçlükdə qərarlaşıb. Finalda isə Lalə və Xoşqədəm yalnız meydan sahiblərinə uduzaraq ikinci olublar.

Elçin Əlibəyov və Emin Gülməmmədlidən ibarət kişi dueti yarışlarda üçüncü nəticə göstərib.

İstənilən halda Rusiyadakı yarışa məşqçilər qərargahı tərəfindən Avropa çempionatı ərəfəsində oktyabr ayında Portuqaliyada baş tutacaq yarışa yoxlama kimi baxılıb.

Pireney yarımadasında isə, Azərbaycanın debüt etdiyi gimnastikanın batut növündə yarışlar keçirilib. İlk dəfə beynəlxalq arenaya çıxan Ruslan Ağamirov heç də bütün elementlərin öhdəsindən uğurla gələ bilməyib. Burada daxili gərginlik və təcrübənin olmaması özünü göstərib. Gimnastımızın Dünya kubokunda 42-ci yeri tutması onun daha çox elementlər üzərində işləməsini şərtləndirir. Çünki Dünya kubokunun növbəti mərhələsi yaxın vaxtlarda keçiriləcək. Bu həftənin sonunda İspaniya gimnastların növbəti turnirini qəbul edəcək.