İdman

gimnastikadan

başlayır

Azərbaycan akrobatları beynəlxalq turnirdə

17 avqust 2015

Azərbaycan akrobatları beynəlxalq turnirdə

Ötən həftə Velikiy Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Volkov Cup” adlı ənənəvi beynəlxalq turnir keçirilib.

Rusiyanın şimal-qərbində yerləşən bu şəhərə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova kimi keçmiş sovet dövlətləri ilə yanaşı, həmçinin Almaniya və İsraildən də akrobatlar toplaşmışlar.

Yeniyetmə, 12-18 yaş qrupunda yer alan Nurcan Cabbarlı və Ağasif Rəhimovdan ibarət qarışıq cütlüyümüz 3 çıxışın nəticələrinə əsasən 84.100 xal toplayaraq, qızıl medal qazandı.

84.800 xal toplayan kişi cütlüyümüz - Seymur Cəfərov və Murad Əkpərov - isə gümüş medala sahib çıxdı.