İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN AKROBATLARI DÜNYA OYUNLARINDA İKİNCİDİRLƏR!

21 iyul 2009

AZƏRBAYCAN AKROBATLARI DÜNYA OYUNLARINDA İKİNCİDİRLƏR!

Kaosyunqda (Tayvan) keçirilən Dünya oyunlarında Azərbaycan yığma komandası ikinci mükafatı qazanaraq medallarının sayını artırmışdır.

Əsas qəhrəmanlar bizim akrobatlar olmuşlar – qadın cütlüyü Ayla Əhmədova / Dilarə Sultanova qarışıq hərəkətlərdə finalın yekununa əsasən gümüş medalları əldə etmişlər!

Təsnifat mərhələsində onlar balans hərəkətlərində dördüncü nəticə göstərmiş (28.457) xal, temp hərəkətlərində isə ümumiyyətlə hakimlərdən yüksək xal alaraq (28.5) birinci yeri tutmuşlar.

Ümumi nəticə Ayla və Dilarə üçün finala vəsiqə qazandırmış və orada onlar qızıl mükafat uğrunda mübarizə aparmışlar. Amma nəticədə onlar ikinci yeri qazandılar, və belçikalı cütlük Tatyana de Vos / Florens Henristdən cəmi 0.01 xal geri qaldılar! Üçüncü yeri Böyük Britaniyadan olan cütlük qazandı, ondan əlavə çox güclü rəqibləri qabaqlamaq mümkün olmuşdur, onlrarın arasında hazırki dünya çempionları Belarusdan olan cütlük Katerina Muraşko / Alina Yuşkonu qeyd etmək lazımdır.

Nəzərə alsaq ki, Dünya oyunlarına planetin ən güclü idmançıları gəlir, o zaman bu, çox yüksək nəticədir. İdmançı qızlarımız hər cür tərifə layiqdirlər və bu yarışı öz aktivlərinə yaza bilərlər.

Akrobatlarımızın uğurundan danışarkən, onların məşqçisi İradə Qurbanovanın əməyini qeyd etməmək mümkün deyil. Onun rəhbərliyi altında Ayla və Dilarə son vaxtlar yüksək inkişafa nail olublar.

Beləliklə, Azərbaycan yığma komandası Dünya oyunlarında iki medal əldə edərək, kifayət qədər uğurlu çıxış edir. Xatırladaq ki, ilk medalı lentlə finalda bürünc mükafatı əldə etmiş gimnast Aliyə Qarayeva gətirmişdir. Nəzərə alsaq ki, ölkə yarışlarda ancaq üç növdə təmsil olunub (bədii gimnastika, akrobatika gimnastikası və karate), o zaman komanda hələ ki, yüzfaizli nəticə göstərir.

Bununla, Azərbaycan Dünya oyunlarının ümumi hesabında bir çox komandanı geridə qoyaraq 23-cü yerdə qərarlaşıb.

Ayla Əhmədova və Dilarə Sultanovanın gümüş mükafatı və Aliyə Qarayevanın bürünc mükafatı ilə əlaqədar Azərbaycan gimnastika növləri üzrə çıxış edən ölkələr arasında yüksək 6-cı yerdə qərarlaşıb.