İdman

gimnastikadan

başlayır

İdman gimnastlarımız növbəti Olimpiya lisenziyasına sahibləndilər

13 oktyabr 2019

İdman gimnastlarımız növbəti Olimpiya lisenziyasına sahibləndilər

Bədii gimnastlarımızın ardınca kişi və qadın idman gimnastlarımız da Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Onlar bu uğuru 4-13 oktyabr tarixlərində Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə Dünya Çempionatında əldə etməyi bacarıblar.

Qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.

Qeyd etmək lazımdır ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır və idmançımız Olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq.

Dünya Çempionatında həmçinin kişi idman gimnastikası üzrə yığma komandanın üzvləri Murad Ağarzayev və Nikita Simonov da iştirak ediblər.

 

Bütün gimnastika ictimaiyyətini qazanılmış uğur münasibətilə təbrik edirik!