31 yanvar 2014
Üç Azərbaycan mütəxəssisi batutda tullanma üzrə beynəlxalq dərəcəli hakim olublar. Belə qərar yanvarın əvvəlində Bakıda Beynəlxalq Gimnastika Federasiyasının batutda tullanma üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruşun iştirakı ilə keçirilən hakimlər seminarının yekunları üzrə qəbul edilib.
Bakı Gimnastikanın Məktəbinin məşqçiləri Abdulla Qasımov, Rahib Əliyev və Adil Hüseynzadə kursu müvəffəqiyyətlə dinləyərək, üç imtahan veriblər və bundan sonra 4-cü hakim dərəcəsinə malik olublar. A. Hüseynzadə həm də tamblinq üzrə 3-cü dərəcəli beynəlxalq hakimdir.
Artıq bu yay və payızda onlar İsveçrədə, Belarusda və Portuqaliyada Dünya Kuboku mərhələlərində, ən yaxın perspektivdə, yəni aprelin əvvəlində Pireney yarımadasında Avropa çempionatında iştirak edə biləcəklər.
Batutda tullanma yeni idman növüdür və o, keçən ildən Azərbaycan Gimnastika Federasiyası inkişaf etdirilir. Ölkə yığmasının üzvü Ruslan Ağamirov dünya çempionatında, bir sıra Dünya Kuboku mərhələlərində çıxış edib, həmçinin Belarusda beynəlxalq yarışda ikinci yeri tutub.