İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastı

24 mart 2015

Azərbaycan gimnastı

Bu həftəsonu Almaniyanın Kottbus şəhərində yekunlaşan idman gimnastikası üzrə "World Challenge Cup"-da Azərbaycan gimnastı Kristina Pravdina gümüş medal qazandı.

Yarışın birinci günü müxtəlif hündürlüklü qollarda yüksək nəticə göstərən Kristina finala çıxmağa müvəffəq oldu. Bu alətlə finalda gimnastımız rəqibini geridə qoyaraq, 2-ci yerdə qərarlaşdı. Birinci yeri  İsveç gimnastı Adlerteq, bürünc medalı isə Portuqaliya təmsilçisi Martins qazandı.